Zehni Gücləndirən Qidalar

0
7615
Zehni Gücləndirən Qidalar

Yediyimiz qidalar daha yaxşı öyrənmək, diqqəti toplama və yaddaşı inkişaf etdirmək üçündür. Məhz yaddaşı gücləndirən qidalar.

Yerkökü xatırlama qabiliyyətini artırarkən, ananas əzbərləmək üçün faydalıdır.
 
Bunların yanında krevetka diqqət müddətini, limon isə qavrama qabiliyyətini artırır. Kələm isə imtahan stressi üçün tam bir faydalı qidadır. Budur, qavrama və öyrənmə üçün lazımlı qidaların siyahısı.
 
SİNİR SİSTEMİ ÜÇÜN
 
Qoz, fındıq, fıstıq zehnin uzun müddət iş müqavimətini artırır. Beynin xəbərləşmə maddələrinin əmələ gəlməsini hərəkətləndirir.
 
YARADICILIQ ÜÇÜN
 
Zəncəfil daşıdığı maddələr ilə beynin yeni ideyalar istehsal etməsini təmin edər. Qan sulandığı üçün daha sərbəst axar, beyin oksigenlə qidalanar.
 
YADDAŞ ÜÇÜN
 
Yerkökü xatırlama qabiliyyətini artırır. Beynin mübadiləsini də canlandıran fermentlərdən biridir. Bir kiçik boşqab maye yağlı yerkökü salatı məsləhət görülür. Ananas, əzbərləmək üçün çox faydalıdır. Digər meyvələrdə olmayan manqan elementindən ibarətdir.
 
XOŞBƏXTLİK ÜÇÜN
 
Xoşbəxt ikən daha yaxşı öyrənərik. Enerjimiz müsbət olar. Qırmızı bibər acı versə də orqanizmin öz hormonu olan endorfinin təmin olunmasını hərəkətə gətirir. Çiyələk, stressin təsirini azaldır. Bananda da həmçinin beynə xoşbəxtlik verən seratonin maddəsi var .
 
ÖYRƏNMƏ ÜÇÜN
 
Kələm, qalxanabənzər vəzilərinin fəaliyyətini azaldır. Bu da əsəbiliyə yaxşı təsir edir. İmtahan öncəsi stress üçün təklif edilə bilər. Limon qavrama qabiliyyətini artırır. Yeni öyrəniləcək məlumatların əvvəlində tövsiyə edilir.
 
DİQQƏTİ TOPLAMA ÜÇÜN
 
Krevetka beynin qidasıdır. Orqanizmə əhəmiyyətli faydası olan Omega 3 yağ turşuları təmin edir. Diqqət müddətini uzadır. Soğan həddindən artıq köhnəlməyə, fiziki yorğunluğa qarşı qanı sulandırır. Beyin oksigeni daha asan alır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN