Qrip İlə Mübarizə Aparmağın 8 Təsirli Yolu

0
2457
Qrip İlə Mübarizə Aparmağın 8 Təsirli Yolu

Əslində bu mübərizənin çox daha qısa davam etməsini təmin etmək və qısa müddətdə qrip problemindən xilas olmaq mümkündür.

Qriplə mübarizə aparmağın 8 təsirli yolu
 
1. Qidalanmaya diqqət etmək şərtdir: Qrip ilk olaraq orqanizminizin müqavimətsiz olması səbəbi ilə bədəninizə daxil olan xəstəliklərdəndir. Eyni şəkildə orqanizminizin müqavimətsiz olması xəstəliyin daha uzun davam etməsinə səbəb olacağından qidalanmağınıza diqqət etməyiniz də lazımdır. Qrip zamanı xüsusilə şəkər qəbulunu dayandırmaq lazımdır. Başda tərəvəz və meyvələr olmaqla, balıq, yağsız ət, yumurta kimi təbii qidalarla qidalanmaq sizin üçün çox daha yerində bir seçim olacaqdır.
 
2. Alkoqol qəbul etməyi dayandırın: Hər şəraitdə çox spirt qəbul etmək orqanizm üçün zərərli olsa da qrip və soyuqdəymə kimi narahatlıqlarınız varsa, alkoqol istehlakının verdiyi zərər iki qatına çıxar. Spirtin orqanizmdə sintezinin edilməsi zamanı immunitet sisteminiz böyük ölçüdə zəifləyəcəyindən sağalma prosesinizin də uzanmasına səbəb olacaqdır. Bu səbəbdən də xəstəlik zamanı alkoqol istehlakından uzaq durmağınızda fayda var.
 
3. İzdihamlı mühitlərdən uzaq durun: Qripin daha sürətli şəkildə yayılması üçün izdihamlı məkanlara ehtiyacı var. Bu izdihamlı mühitlərdən uzaq durmağınız həm sizin üçün, həm də ətrafınızda olan hələ xəstəliyə yoluxmamış şəxslər üçün böyük əhəmiyyət daşıyır. Sizin bu kimi mühitlərdə durmağınız daha çox çirk və mikrobla qarşı-qarşıya olmağınız anlamına gələcək və bu vəziyyət sağalmağınızı ləngidəcəkdir.
 
4. Əllərinizi tez-tez yumağa diqqət göstərin: Gün ərzində ən çox istifadə edilən üzv əldir. Toxunduğunuz hər yerdə çirk və mikrobların məskunlaşa biləcəyini düşündüyünüz zaman əllər xəstəliyə yaxalanma riskinin 70% faiz artmasına səbəb olacaqdır. 
 
5. Bol su istehlak etməyə diqqət yetirin: Qrip qızdırmalı bir narahatlıq olduğu üçün orqanizmin istiliklə mübarizəsi zamanı su itirməsi yaxşılaşma sürətinin düşməsinə səbəb olacaqdır. Ayrıca bədəndəki zəhərli tullantılar dediyimiz toksinlərin də xaric edilməsi, mikrobların qanda yığılıb qalmasının qarşısını almağın ən asan və təsirli yolu da bol su sərf etməkdir. Bu səbəbdən xəstəlik zamanı yanınızdan suyu əksik etməməyiniz qısa müddətdə mikroblardan xilas olmağınızı təmin edəcəkdir.
 
6. Daha çox yatmağa diqqət edin: Normal bir insan üçün gündə 7-8 saat yuxu dincəlmək üçün kifayətdir. Yuxu zamanı enerjinin qorunması və bütün sistemlərin özünü yeniləməsi mümkün olur. Ancaq xəstə olan adamlar üçün daha çox vaxta ehtiyac var. Bu baxımdan dincəlməyə həvəs göstərməyiniz xəstəliyinizin çox daha sürətli yaxşılaşmasını təmin edəcəkdir.
 
7. Hərəkətsiz qalmayın: Gün içərisində əlbəttə, dincəlməyiniz böyük əhəmiyyətə malikdir. Ancaq tamamilə özünüzü yatağa həbs etməyiniz çarə olmayacaqdır. Bu baxımdan hərəkətsiz qalmamağınız və mümkün qədər sizi çox yormayacaq olan hərəkətlər etməyiniz faydalı olacaqdır. Yüngül bir gəzmə, əsnəmə və gərmə hərəkətləri etmək kimi kiçik dinamikalar immunitet sisteminizin cavab verməsini daha sürətli bir hala gətirəcəyi və toxumalara təzə oksigen getməsinə imkan verəcəyi üçün arabir yatağınızdan qalxın.
 
8. Həkiminizin verdiyi dərman və vitaminləri nizamlı almağa diqqət göstərin: Qrip xəstəliyini ağır olaraq keçirən şəxslər arasında yer alırsınızsa və bir neçə gün içində ayağa qalxmaq istəyirsinizsə bütün bu məsələlərə diqqət etdiyiniz kimi, həkimə getməyə də diqqətsizlik etməmək lazımdır. Həkimin verdiyi antibiotiklər, vitaminlər sayəsində daha sürətli bir şəkildə sağalmağınız mümkün olacağından dərmanlarınızı nizamlı olaraq və təxirə salmadan istifadə etməlisiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN