Münasibəti Sağlam Şəkildə Davam Elətdirmək Üçün...

0
2259
Münasibəti Sağlam Şəkildə Davam Elətdirmək Üçün...

Bu hekayəni diqqətlə oxuyub nəticə çıxartmağınızı xahiş edirik:

Mən balaca olanda anam hər zaman axşam yeməyini səhər hazırlamağı sevirdi.Amma mən bir dəfə anamın şam yemiyini yorucu və ağır iş günündən sonra hazırladığını gördüm.Həmin gün bir xeyli keçəndən sonra anam boşqabda yemək üçün bir neçə şey və yanmış biskiviti atamın qabağına qoydu.Mən bir şeyi gözləyirdim.Atam biskivitə gəlib çatanda onu əlinə götürdü və anama gülümsədi.Məndən məktəbdə günümün necə keçdiyinə dair sual verdi.Mənim yadımda deyil o an nə cavab verdim.Amma mən onun hər biskivitin üstünə yağ və jele çəkməyinə və biskviti hər yemək istədiyində diqqətlə baxırdım.
 
Mən stoldan qalxmaq istəyəndə anamın yanmış biskivitlər üçün atamdan üzrxahlıq etdiyini gördüm.Və mən atamın bu sözlərini heç bir zaman unutmayacam”Əzizim,mən yanmış biskivitləri xoşlayıram”.
 
Bundan sonra mən yuxuya getmədən əvvəl əvvəl atamı öpmək və ondan yanmış biskivitləri həqiqətən xoşuna gəlib-gəlmədiyini soruşmaq üçün yanına getdim.O,məni qollarının arasına alıb dedi:”Anan bu gün işdə çox işləmişdi və həqiqətən çox yorğun idi.Bundan başqa da ,yanmış biskivitlər heç kəsə heç bir şey etməz”.
 
Hər zaman qarşımıza belə insanlara çıxmaya bilər.Bu bir həqiqətdir.Və yaxud belə bir şey deyək, insan ən çətin anlarda ən yaxşısı ola bilməz və  kimimiz ən vacib günləri də unuda bilərik.Ancaq hər birimiz səhvimizi qəbul etməyi bacarmalıyıq.Bu düzgün münasibət qurmaq,onu sağlam bir şəkildə davam elətdirmək üçün ən  önəmli faktordur.
 

ŞƏRH YAZIN