Kişiləri Xoşbəxt Edən Şeylər

0
3789
Kişiləri Xoşbəxt Edən Şeylər

Kişiləri nə xoşbəxt edir? Bu sual həmişə qadınları maraqlandırıb.Bu sualın cavabını ingilis müşahidəçilər tapmağa çalışıblar. İngiltərədə aparılan araşdırmalar zamanı məlum olub ki, kişilər, əsasən, 37 yaşdan sonra xoşbəxt olurlar. Əsasən bu yaşdakı kişilərin çoxu evləndikləri üçün xoşbəxt olduqlarını bildiriblər.

37 yaşa qədər kişilər, əsasən, macəra axtarışında olurlar.Qadınlara, maşınlara, içkiyə və digər əyləncələrə meyllənirlər. Lakin bu yaşdan sonra kişilər ailə qurmağa, karyerada irəliləməyə,uşaq sahibi olmağa daha çox üstünlük verirlər.
 
Aparılan araşdırmalardan məlum olub ki, 37 yaşlı kişləri, əsasən, 5 amil xoşbəxt edir:
 
Kişilərin 43 faizini ata olmaq sevinci xoşbəxt edir.
 
35 faizini evlənmək daha çox xoşbəxt edir. 
 
18 faiz kişini azərkeş olduğu komandanın qələbəsi özünü xoşbəxt hiss etməyinə səbəb olur.
 
14 faizi milli komandanın qələbəsi xoşbəxt edir. 
 
17 faizi isə təzə ev aldıqda özlərini xoşbəxt hiss edir.
 
 

ŞƏRH YAZIN